...

Türkiyə "Anka" pilotsuz kəşfiyyat aparatının istifadəsinə 2012-ci ildə başlaycaq - müdafiə naziri

Cəmiyyət Materials 27 Oktyabr 2011 14:31 (UTC +04:00)
Türkiyənin öz istehsalı olan "Anka" pilotsuz kəşfiyyat uçuş aparatı 2012-ci ildə Silahlı Qüvvələrə veriləcək. Bunu cümə axşamı Türkiyənin müdafiə naziri İsmət Yılmaz bildirib. Bu barədəTrend TRT Haber telekanalına istinadən məlumat verib.
Türkiyə "Anka" pilotsuz kəşfiyyat aparatının istifadəsinə 2012-ci ildə başlaycaq - müdafiə naziri

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin öz istehsalı olan "Anka" pilotsuz kəşfiyyat uçuş aparatı 2012-ci ildə Silahlı Qüvvələrə veriləcək. Bunu cümə axşamı Türkiyənin müdafiə naziri İsmət Yılmaz bildirib. Bu barədəTrend TRT Haber telekanalına istinadən məlumat verib.

"Anka" pilotsuz uçuş aparatı bir gün əvvəl ilk ikisaatlıq uğurlu sınaq uçuşunu keçirib. Türkiyə Silahlı Qüvvələri "Anka" pilotsuz təyyarəsindən terrorizmlə mübarizədə istifadə etməyi planlaşdırır.

"Anka"nın yaradılması üzrə işlərə 2004-cü ildən başlanılıb. Layihə üzərində 180-ə yaxın mühəndis çalışıb. Böyük uçuş müddətinə malik orta yüksəklikli aparatlar sinfinə aid olan pilotsuz təyyarə Türkiyədə bu sahədə müstəqil istehsal olunan ilk aparatdır.

Xəbər lenti

Xəbər lenti