...

Azərbaycan Təhsil Nazirliyi apardığı araşdırmalar nəticəsində 300-dən artıq saxta diplom aşkarlayıb

Cəmiyyət Materials 28 Oktyabr 2011 11:53 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi apardığı araşdırmalar nəticəsində 300-dən artıq saxta diplom aşkarlayıb.
Azərbaycan Təhsil Nazirliyi apardığı araşdırmalar nəticəsində 300-dən artıq saxta diplom aşkarlayıb

Azərbaycan, Bakı, 28 oktyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə apardığı araşdırmalar nəticəsində 300-dən artıq saxta diplom aşkarlayıb. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

Nazirin sözlərinə görə, araşdırmaların aparılması məqsədilə saxta diplomlar müvafiq orqanlara təqdim edilib.

Mərdanov qeyd edib ki, saxta diplomların aşkarlanması işi davamlı olmalıdır və olacaq.

"Vaxtilə müstəqilliyin ilk illərində ölkədə siyasi hərc-mərclik şəraitində 100-dən çox ali məktəb yarandı. İndi onların sayını minimuma endirə bilmişik. İşbaz adamların yaramaz əməlləri nəticəsində belə işlər baş verib. İndi biz cəmiyyətimizi saxta diplomlarla işləyən adamlardan təmizləməliyik. Ağır da olsa, bu işə başlamışıq və bunu uğurla başa çatdıracağıq. Bunu ölkə ictimaiyyəti bizdən tələb edir", - nazir bildirib.

Qeyd edək ki, orta məktəblərdə saxta diplomla işə düzələn və lisenziyasız fəaliyyət göstərən ali təhsil müəssisələrini bitirən müəllimlərin işdən azad edilməsinə başlanılıb.

Bəzi rayonlarda aparılan araşdırma zamanı belə hallar aşkarlanıb. Bununla əlaqədar Təhsil Nazirliyi belə nöqsanların aşkarlandığı rayonların təhsil şöbələrinə lisenziyası olmayan, saxta diplomla işləyən müəllimlərin işdən azad edilməsi barədə tapşırıq verib.

Xəbər lenti

Xəbər lenti