...

Türkiyədə Cümhuriyyət Gününə həsr edilmiş bayram yürüşləri ləğv edilib

Cəmiyyət Materials 28 Oktyabr 2011 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin elan edilməsi münasibətilə Türkiyənin iri şəhərlərində ənənəvi olaraq keçirilən bayram yürüşləri Vanda 570 nəfərin həyatına son qoyan zəlzələ səbəbindən ləğv ediləcək. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.

Oktyabrın 23-də Van əyalətində 7,2 bal gücündə zəlzələ baş verib. Yerli seysmoloqlar həmin gün məlumat veriblər ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 1000 nəfərə çata bilər.

Zəlzələ bölgəsində xilasetmə işləri davam etdirilir. Yerli hakimiyyət evsiz-eşiksiz qalan adamlar arasında Türkiyənin bütün regionlarından və xaricdən gələn humanitar yardımları paylaşdırır. Onların daha çox isti paltara, çadırlara, ərzaq məhsullarına və içməli suya ehtiyacları var.

Cümə günü xilasedicilər dağıntılar altından 13 yaşlı oğlan uşağını çıxarıblar.

Xəbər lenti

Xəbər lenti