...

II Media Forumunda türkdilli xalqların vahid televiziyasının yaradılması təklif olunub

Cəmiyyət Materials 28 Oktyabr 2011 14:37 (UTC +04:00)
Bakıda cümə günü keçirilən Türkdilli ölkələrin və toplumların II Media Forumunda türkdilli xalqların vahid televiziyasının yaradılması təklif olunub.
II Media Forumunda türkdilli xalqların vahid televiziyasının yaradılması təklif olunub

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir T.Hacıyev/

Bakıda cümə günü keçirilən Türkdilli ölkələrin və toplumların II Media Forumunda türkdilli xalqların vahid televiziyasının yaradılması təklif olunub.

Trend-in məlumatına görə, Başqırdıstanın "Başinform" xəbər agentliyinin nümayəndəsi çıxışı zamanı türkdilli xalqların vahid televiziyasının yaradılmasının vacibliyini vurğulayıb və əlavə edib ki, bu istiqamətdə işlər görülməlidir.

Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudunun təşkilatçılığı ilə Türkdili Dövlətlərin və Toplumların II Media Forumu öz işinə başlayıb.

"Qloballaşan dünyada türkdilli media faktoru: fərqliliklər və ortaq maraqlar" mövzusunda keçirilən Forumda Azərbaycan ilə yanaşı Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Türkmənistandan, Şimali Kiprdən Rusiya Federasiyasının subyektləri olan Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin yığcam məskunlaşdığı bölgələrdən - İraqdan, Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, Kosovadan nümayəndələr iştirak edirlər.

Forumda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirdə 200-ə yaxın qonaqların iştirak etdiyini bildirib. Amaşov bütün türkdilli dövlətlərinin nümayəndələrinin və türk toplumların iştirak etdiyi II Forumda çox önəmli müzakirələrin aparılacağına əminliyini ifadə edib.

Tədbirdə çıxışı zamanı filologiya elmləri doktoru, professor Şirməmməd Hüseynov türk xalqlarının müasirlik, islam və türkçülük ideyaları altında birləşməyinin vacibliyini vurğulayıb.

O deyib ki, türk xalqlarının güclü olmaları üçün birlikdə olmaları vacibdir.

Xəbər lenti

Xəbər lenti