...

Azərbaycanın təhsil müəssisələrində "Uşaq hüquqları aylığı" keçiriləcək

Cəmiyyət Materials 2 Noyabr 2011 17:23 (UTC +04:00)
Azərbaycanda təhsil müəssisələrində noyabrın 4-dən 10-dək "Uşaq hüquqları aylığı" ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək.
Azərbaycanın təhsil müəssisələrində "Uşaq hüquqları aylığı" keçiriləcək

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda təhsil müəssisələrində noyabrın 4-dən 10-dək "Uşaq hüquqları aylığı" ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bununla bağlı təhsil naziri Misir Mərdanov Naxçıvan Muxtar Respublikasının təhsil nazirinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə şəhər Təhsil İdarəsinin, şəhər, rayon təhsil şöbələrinin müdirlərinə müvafiq tapşırıqlar verib.

Mərdanovun bununla bağlı imzaladığı əmrdə göstərilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu ilin ölkəmizdə "Uşaq ili" elan olunması Azərbaycanda uşaqların inkişafı naminə və uşaq hüquqlarının təmin olunması istiqamətində yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirib.

Ölkəmizdə uşaq hüquqlarının təbliği, təmini və müdafiəsini daha da artırmaq məqsədilə Azərbaycanın insan hüquqları üzrə müvəkkili bu il 20 oktyabr-20 noyabr tarixlərində respublikamızda "Uşaq hüquqları aylığı"nın keçirilməsini təklif edib.

Nazir yuxarıda adıçəkilən qurumlara "Uşaq hüquqları aylığı" ilə bağlı görülmüş işlər barədə noyabrın 15-dək Təhsil Nazirliyinə məlumat verməyi tapşırıb.

Xəbər lenti

Xəbər lenti