...

Fransa jurnalında "Bakı Qafqazın Dubayı olmaq istəyir" adlı məqalə dərc olunub

Cəmiyyət Materials 2 Noyabr 2011 20:53 (UTC +04:00)
Fransanın nüfuzlu turizm jurnallarından biri olan "La Tribune et Moi" (Tribuna və Mən) jurnalının növbəti sayında "Bakı Qafqazın Dubayı olmaq istəyir" başlığı altında məqalə dərc edilib.
Fransa jurnalında "Bakı Qafqazın Dubayı olmaq istəyir" adlı məqalə dərc olunub

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Fransanın nüfuzlu turizm jurnallarından biri olan "La Tribune et Moi" (Tribuna və Mən) jurnalının növbəti sayında "Bakı Qafqazın Dubayı olmaq istəyir" başlığı altında məqalə dərc edilib.

Azərbaycanın Fransadakı səfirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, məqalədə neft və kürü ilə məşhur olan və Qədim İpək Yolunda yerləşən Azərbaycanın böyük turizm potensialından, "küləklər şəhəri" adlandırılan Azərbaycanın paytaxtı Bakı şəhərindən və onun el arasında ticarətçilər küçəsi adlandırılan Nizami küçəsindən, Bakı şəhərinin 19 və 20-ci əsrlərə təsadüf edən zəngin arxitekturasından, burada Nobel qardaşları və Rotşild kimi məşhur neft maqnatlarının fəaliyyət göstərdiyindən, qədim Qız Qalasından, İçərişəhərdən, Şirvanşahlar Sarayından və Hacı Zeynalabdin Tağıyevin iqamətgahından bəhs edilir.

Həmçinin məqalədə vurğulanır ki, Bakıda fəaliyyət göstərən mehmanxanalara bu il yeni 5 ulduzlu mehmanxanalar əlavə ediləcək və burada bir sıra dünya şöhrətli mağazalar (butiklər) fəaliyyət göstərir və bakılıların sevimli yeri olan dənizkənarı bulvar və şəhərin bir sıra yerləri müasirləşdirilib və Bakı Qafqazın Dubayına çevrilir, 2009-cu ildən etibarən isə Bakıda Müasir İncəsənət Muzeyi fəaliyyət göstərir və yaxın zamanlarda yeni xalça muzeyinin açılışı planlaşdırılır.

Daha sonra azərbaycanlıların qonaqpərvərliyindən və adət-ənənələrindən yazılır və keçmişlə gələcəyi, qədimliklə müasirliyi özündə birləşdirən dünyanın bu əfsanəvi yerini aşkar etmək üçün fransız oxucular Azərbaycana səfər etməyə dəvət edilir və Azərbaycanı Fransadan 4000 kilometrin ayırmasına baxmayaraq Azərbaycan Hava Yolları ilə bu ölkəyə səfər etməyin yadda qalacağı xüsusi olaraq vurğulanır və Azərbaycana tez-tez səfər edən Jerar Depardye ilə səyahətçilərin yolda görüşə biləcəyi ehtimalı qeyd edilir.

Xəbər lenti

Xəbər lenti