...

Azərbaycan yol polisi avtomobillərin evakuasiyası ilə bağlı yaranan narazılığa aydınlıq gətirib

Cəmiyyət Materials 11 Noyabr 2011 12:42 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda dayanma, durma qaydalarını pozan nəqliyyat vasitəsinin evakuasiyası ilə bağlı sürücülər arasında yaranan narazılığa aydınlıq gətirib.
Azərbaycan yol polisi avtomobillərin evakuasiyası ilə bağlı yaranan narazılığa aydınlıq gətirib

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir M.Əliyev/

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda dayanma, durma qaydalarını pozan nəqliyyat vasitəsinin evakuasiyası ilə bağlı sürücülər arasında yaranan narazılığa aydınlıq gətirib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev cümə günü Trend-ə bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 407-ci maddəsində göstərilir ki, dayanma, durma qaydalarını pozan nəqliyyat vasitəsinin sahibi yanında olmayanda, həmin nəqliyyat vasitəsi duracağa göndərilir.

Əliyevin sözlərinə görə, qanunvericilikdə göstərilir ki, nəqliyyat vasitəsi götürülməmişdən əvvəl onun sahibinin əraziyə gətirilməsi üçün mümkün tədbirlər görülməlidir.

"Hazırda həmin tədbirlərə səsgücləndirici vasitəsilə nəqliyyat vasitəsi sahibinin həmin əraziyə dəvət etmək daxildir. Əfsuslar olsun ki, sürücülər bir çox hallarda səsgücləndiricilərlə edilən çağırışı eşitsələr də, buna məhəl qoymurlar. Təcrübədə belə hal olub ki, 20 dəqiqə avtomobil sahibi polislə bərabər "nəqliyyat vasitəsinin sahibini" axtarıb, yalnız evakuator gələndən sonra o, avtomobilin ona məxsus olduğunu bildirib. Lakin elə yer var ki, orada səsgücləndiricidən istifadə etməyin özü də müəyyən problem yarada bilər", - şöbə rəisi əlavə edib.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 151.1 maddəsində göstərilir ki, dayanma, durma qaydalarının pozulmasına görə sürücü 15 manatdan 20 manatadək miqdarda cərimə olunur. Lakin avtomobil evakuator vasitəsilə müvəqqəti duracağa təxliyə olunubsa, həmin şəxs Tarif Şurasının müəyyən etdiyi 20 manat evakuasiya haqqını və duracaqda qaldığı müddətdə duracağın haqqını ödəməlidir.

Xəbər lenti

Xəbər lenti