...

Azərbaycanda Mərakeş Mədəniyyət Günləri keçirilir

Cəmiyyət Materials 11 Noyabr 2011 16:58 (UTC +04:00)
Bu gündən Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günlərinin keçirilməsinə başlanılıb.
Azərbaycanda Mərakeş Mədəniyyət Günləri keçirilir

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günlərinin keçirilməsinə başlanılıb. Trend-in məlumatına görə, bununla bağlı cümə günü Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Mərakeş Krallığının mədəniyyət naziri Bensalem Himmişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə çıxış edən Himmis bildirib ki, ötən ilin 26-31 oktyabr tarixlərində Mərakeş Krallığında Azərbaycan Mədəniyyət Günləri keçirilib. Bu il noyabrın 11-13-də Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günlərinin keçirilməsini çox yüksək qiymətləndirən nazir 2009-cu ildə də Azərbaycanda ilk dəfə olaraq Mədəniyyət Günlərini keçirdiklərini söyləyib. Himmiş builki proqramın daha rəngarəng olacağını da bildirib.

İki ölkə arasında mədəniyyət əlaqələrinin inkişafını vacib sayan nazir Azərbaycanın ötən illər ərzində çox inkişaf etdiyini də vurğulayıb.

Himmiş qeyd edib ki, noyabrın 12-də Mədəniyyət Günlərinin təntənəli açılış mərasiminin, noyabrın 12-13-də Muzey Mərkəzində foto və musiqi alətlərindən ibarət sərgi, noyabrın 13-də M.F.Axundov adına Milli Kitabxanada mühazirənin keçirilməsi, 12-13 noyabr tarixlərində isə Muzey Mərkəzində Mərakeş filmlərinin nümayişi nəzərdə tutulub.

Vəliyev Azərbaycanda Mərakeş Mədəniyyət Günlərinin keçirilməsi üçün tələb olunan bütün lazımi işlərin görüldüyünü deyib.

Nazir müavini təklif edib ki, Mədəniyyət Günləri daha geniş şəkildə keçirilsin. Vəliyev bu tədbirin nəinki Bakıda, Azərbaycanın regionlarında da keçirilməsini vacib sayıb.

Xəbər lenti

Xəbər lenti