...

Əbülfəs Qarayev: Bu ilin sonuna qədər bütün hotellər "hotline" şəbəkəsinə qoşulacaqlar

Cəmiyyət Materials 15 Noyabr 2011 14:05 (UTC +04:00)
Bu ilin sonuna qədər bütün hotellər "hotline" şəbəkəsinə qoşulacaqlar. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Əbülfəs Qarayev: Bu ilin sonuna qədər bütün hotellər "hotline" şəbəkəsinə qoşulacaqlar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 noyabr / Trend müxbir İ.İsabalayeva/

Bu ilin sonuna qədər bütün hotellər "hotline" şəbəkəsinə qoşulacaqlar. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, artıq üç ildir ki, hotellərdə yerləri onlayn sifariş etmək imkanı var.

Nazir deyib ki, bu işi türkiyəli həmkarlarla bigə "hotel hotline" şəbəkəsi vasitəsi ilə həyata keçirirlər.

Qarayev bildirib ki, bəzi hotellər bu şəbəkəyə qoşulmaqdan çəkinirlər.

"Düşünürəm ki, ilin sonuna qədər bütün hotellər bu şəbəkəyə qoşulacaqlar və bu xidmətin tətbiqi tamamlanacaq. Bu, həm də "Eurovision-2012" və digər beynəlxalq tədbirlərin keçirilməsi üçün vacib amildir", - Qarayev deyib.

57-ci "Eurovision" mahnı müsabiqəsi Azərbaycanda keçiriləcək. Müsabiqənin yarımfinalı 2012-ci il mayın 22 və 24-də, final isə mayın 26-da Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti