Azərbaycan, Bakı, 16 noyabr /Trend/
Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq bu gün Bakının Nizami rayonu ərazisində qaz təchizatında məhdudiyyət olacaq.
Trend-in ARDNŞ-nin saytına istinadən yaydığı məlumata görə, çərşənbə günü saat 14:00-dan 19:00-dək Bakının Nizami rayonu ərazisində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.