...

Gəncədə tarixi abidələrin siyahıya alınması və pasportlaşdırılması həyata keçiriləcək

Cəmiyyət Materials 16 Noyabr 2011 16:05 (UTC +04:00)
Gəncədə tarixi abidələrin siyahıya alınması və pasportlaşdırılması həyata keçiriləcək.
Gəncədə tarixi abidələrin siyahıya alınması və pasportlaşdırılması həyata keçiriləcək

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Gəncədə tarixi abidələrin siyahıya alınması və pasportlaşdırılması həyata keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, artıq bu məqsədlə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən geniş tərkibli komissiya yaradılıb. Komissiyanın əsas fəaliyyət istiqaməti şəhərdə olan tarixi abidələri müəyyənləşdirərək siyahıya almaq və pasportlaşdırılmasını təmin etməkdir.

Bu istiqamətdə əsas məsuliyyətli vəzifə AMEA Gəncə Regional Elmi Mərkəzinin (GREM) üzərinə düşüb. Belə ki, Gəncə şəhərinin tarixi abidələrinin elmi baxımdan araşdırılması, eyni zamanda, onların pasportlaşdırılması məqsədi ilə GREM-in direktoru, AMEA-nın müxbir üzvü Fuad Əliyevin rəhbərliyi ilə alimlərdən ibarət işçi qrupu yaradılıb.

GREM-in nəzdində tarixi abidələrin qorunması ilə bağlı 24 saat müddətində fəaliyyət göstərən qərargah da yaradılıb. Şəhər sakinləri qərargahda mövcud olan "Qaynar xətt" vasitəsilə tarixi abidələrlə bağlı məlumatlarını bildirmək imkanı əldə ediblər.

AMEA alimlərindən ibarət işçi qrupu tərəfindən Gəncənin tarixi abidələrinin ensiklopediyasının hazırlanması da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti