Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC "Contact" pul köçürmələri sisteminə qoşulub. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.
Məlumata görə, artıq sürətli test işləri aparılır. Bundan başqa bəzi texniki məsələlər də öz həllini tapmalıdır.
Bütün bunlara baxmayaraq "Contact" pul köçürmələri sisteminin "Azərpoçt" MMC şəbəkəsində tam şəkildə tətbiqi bir neçə günə reallaşacaq.
Hazırda "Zolotaya korona" və "Coinstar" pul köçürmələri sisteminə qoşulmaq üçün tərəflər arasında danışıqlar davam etdirilir.
Hələlik operatorun şəbəkəsində yalnız "Western Union" təcili pul köçürmələri sistemi üzrə xidmətlər təklif olunur ki, onlardan təxminən 200-dən artıq poçt rabitəsi şöbəsində istifadə etmək mümkündür.