Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 20-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə yola düşəcək.
QMİ-nin mətbuat xidmətinin rəhbəri rəhbəri Rəhimə Dadaşova cümə günü Trend-ə bildirib ki, səfərin məqsədi Moskva və bütün Rusiyanın patriarxı Kiril həzrətlərinin anadan olmasının 65-ci ildönümü ilə əlaqədar yubiley tədbirlərində iştirak etməkdir.
Noyabrın 22-dək davam edəcək səfər zamanı MDB Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadənin Şuranın digər həmsədri - patriarx Kirillə əlahiddə görüşü nəzərdə tutulur.
QMİ sədrinin, həmçinin yubiley tədbirlərində iştirak edən Ümumgürcüstan patriarx-katolikosu II İliya ilə görüşü planlaşdırılır.