...

Ernst & Young və BP Azərbaycan şirkəti Azərbaycan Dövlət İqtisad Universitetində birgə tədbir keçirdilər

Cəmiyyət Materials 18 Noyabr 2011 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Bakı, 18 noyabr 2011-ci il - Ernst & Young və dünyanın aparıcı beynəlxalq neft və qaz şirkətlərindən biri olan BP Azərbaycan şirkətlərinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində Xüsusi İstedadlar Qrupunun tələbələri üçün təqdimat keçirdilər.

Brent Arnold, BP Azərbaycan şirkətinin Etika, Riayət və Maliyyə Auditi üzrə Meneceri, Ernst & Young şirkətində Audit üzrə menecer Nigar Əliyeva və Audit üzrə baş ekspert Nihad Əzizli neft və qaz sənayesi, lizinqlər, istismardan çıxarma, köhnəlmə və ehtiyatların qiymətləndirilməsi kimi xüsusi mühasibat uçotu məsələlərini müzakirə etdilər.

Brent Arnold mühasibat uçotu üzrə xüsusi biliklərə malikdir və maliyyə hesabatçılığı üzrə müxtəlif vəzifələrdə çalışmışdır. O, Azərbaycanın neft və qaz Hasilatının Pay Bölgüsünə dair Sazişlərindən birini nümunə götürərək ("HPBS", xarici neft investorları ilə dövlət arasında təbii ehtiyatların kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında razılaşmalar), tələbələrə HPBS əsasında mühasibat uçotu mexanizmi haqqında danışdı, eləcə də ayrılmış pay metodu əsasında gəlirin uçotu və artıq / əskik hasilatın uçotu kimi mühasibat uçotunun mürəkkəb və sənaye üçün səciyyəvi olan mövzularını təqdim etdi.

Təqdimatçılar təqdimatı elə hazırladılar ki, interaktiv dərs mühiti yaransın. Tələbələr təqdimatçılarla fəal müzakirə apardılar.

Təqdimat zamanı həmçinin BiPi-nin Azərbaycanda həyata keçirdiyi bütün əməliyyatlar təsvir olundu.

Ernst & Young haqqında

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 152.000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.

Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə yerləşən 18 ofisdə 4,000 peşəkar çalışır.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Young Azərbaycanda

Ernst & Young 17 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 120 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azərbaycan ünvanında tanış ola bilərsiniz.

Xəbər lenti

Xəbər lenti