...

Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edir

Cəmiyyət Materials 21 Noyabr 2011 12:30 (UTC +04:00)
Noyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar ücün nisbətən əlverişli olsa da, 23-ü günün ikinci yarısından başlayaraq hava şəraitinin təzadlı dəyişməsi, 24-də kəskinləşməsi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şərait meteohəssas insanlar ücün əlverişsiz olacaq
Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edir

Azərbaycan, Bakı, 21 noyabr / Trend, müxbir İ.İsabalayeva/

Noyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar ücün nisbətən əlverişli olsa da, 23-ü günün ikinci yarısından başlayaraq hava şəraitinin təzadlı dəyişməsi, 24-də kəskinləşməsi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şərait meteohəssas insanlar ücün əlverişsiz olacaq. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək, gündüz arabir cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 22-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti