...

Qoyunları Azərbaycana keçirməyə cəhd edən iki Gürcüstan vətəndaşı saxlanılıb

Cəmiyyət Materials 22 Noyabr 2011 18:32 (UTC +04:00)
Gürcüstan sərhədçiləri qoyunları Azərbaycanla həmsərhəd əraziyə qaçırtmağa cəhd edən iki Gürcüstan vətəndaşını saxlayıblar.
Qoyunları Azərbaycana keçirməyə cəhd edən iki Gürcüstan vətəndaşı saxlanılıb

Gürcüstan, Tbilisi, 22 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan sərhədçiləri qoyunları Azərbaycanla həmsərhəd əraziyə qaçırtmağa cəhd edən iki Gürcüstan vətəndaşını saxlayıblar.

Gürcüstan Sərhəd Polisinin üçüncü idarəsinin (Qırmızı körpü) 12-ci həmsərhəd sahəsində (Udabno) dövlət sərhədini qanunsuz keçmək istəyən iki Gürcüstan vətəndaşı - Musa Aciyev və İlham Mirzəyev saxlanılıb. Onlar Gürcüstandan Azərbaycana 170 qoyun keçirmək istəyiblər. Bu barədə çərşənbə axşamı Trend-ə Gürcüstan Sərhəd Polisindən məlumat verilib.

Faktla bağlı ilkin istintaq tədbirləri başlanılıb.

Xəbər lenti

Xəbər lenti