...

Qızılağac Dövlət Təbiət Qoruğunun direktoruna şiddətli töhmət verilİb

Cəmiyyət Materials 23 Noyabr 2011 12:23 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Qızılağac Dövlət Təbiət Qoruğunun direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verib.
Qızılağac Dövlət Təbiət Qoruğunun direktoruna şiddətli töhmət verilİb

Azərbaycan, Bakı, 23 noyabr / Trend müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Qızılağac Dövlət Təbiət Qoruğunun direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verib.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, ETSN-NİN Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Qızılağac Dövlət Təbiət Qoruğunda mühafizə rejimini yoxlamaq məqsədilə araşdırma aparıblar. araşdırma zamanı Qoruğun "Qaraquş", "Xəzər" və "Akkuşa" mühafizə postlarının ərazisində mal-qaranın otarılması faktları aşkarlanıb. Həmçinin, "Xəzər" mühafizə postu ərazisində qanunsuz ovun aparılmasına dəlalət edən intensiv atəş səsləri də qeydə alınıb.

Yol verilmiş qanun pozuntuları ETSN-nin əməkdaşları tərəfindən sənədləşdirilib.
Aşkar olunmuş faktlarla bağlı vəzifə səlahiyyətlərinin icrasında yol verdiyi nöqsanlara görə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, onun vəzifəyə uyğunluğu məsələsinin araşdırılması Departament rəhbərliyinə tapşırılıb. Digər cavabdeh işçilər barəsində qanuna müvafiq qaydada intizam tənbeh tədbirləri görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisi nəzarətdə saxlanılır.

Xəbər lenti

Xəbər lenti