...

Bakıda Orta Asiyada daşqın risklərinin azaldılması ilə bağlı regional seminar keçiriləcək

Cəmiyyət Materials 23 Noyabr 2011 18:35 (UTC +04:00)
Bakıda "Orta Asiyada daşqın risklərinin azaldılması və fövqəladə təbii hava fəlakətləri üzrə əməkdaşlıq və informasiya mübadiləsi" adlı regional seminar keçiriləcək.
Bakıda Orta Asiyada daşqın risklərinin azaldılması ilə bağlı regional seminar keçiriləcək

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) "Asiyada fövqəladə təbii hava fəlakətlərinə qarşı imkanların gücləndirilməsi" adlı regional layihəsi çərçivəsində noyabrın 24-25-də Bakı şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə birgə "Orta Asiyada daşqın risklərinin azaldılması və fövqəladə təbii hava fəlakətləri üzrə əməkdaşlıq və informasiya mübadiləsi" adlı beynəlxalq seminar keçiriləcək.

Trend-in çərşənbə günü FHN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, tədbirin keçirilməsində məqsəd əməkdaşlıq perspektivləri, məlumat mübadiləsi və region ölkələri üzrə daşqın risklərinin azaldılması sahəsində əldə olunmuş təcrübələrin bölüşdürülməsi və müzakirələrin aparılmasıdır.

Seminarda Orta Asiya və qonşu ölkələrin fövqəladə halların idarə edilməsi üzrə məsul qurumlarının daşqınlar və su mənşəli risklərin azaldılması ilə məşğul olan ekspertləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti