...

Azərbaycanda anomal hava şəraiti davam edəcək

Cəmiyyət Materials 24 Noyabr 2011 10:11 (UTC +04:00)
Sabah Azərbaycanda anomal hava şəraiti davam edəcək
Azərbaycanda anomal hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda anomal hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildiriblər ki, anomal hava şəraiti noyabrın 25-də də davam edəcək.

Bakı və Abşeron yarımadasında noyabrın 24-dən 25-nə keçən gecə hava yağıntılı olacaq, qar yağacaq, səhər tədricən kəsiləcək. Günün ikinci yarısında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 25-də havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Gündüz qərb rayonlarında tədricən kəsiləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 0-5 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta olacağı proqnozlaşdırılır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.

Qeyd edək ki, noyabrın 23-ü günortadan sonra soyuq hava kütləsinin Azərbaycan ərazisinə daxil olması nəticəsində temperatur 5-8 dərəcə enib. Bakıda və əksər rayonlarda sulu qar və qar yağır.

Xəbər lenti

Xəbər lenti