...

Azərbaycanda jurnalistlər üçün evlərin tikilməsi məqsədilə sənədləşdirmə işləri başa çatıb

Cəmiyyət Materials 24 Noyabr 2011 12:25 (UTC +04:00)
Azərbaycanda jurnalistlər üçün evlərin tikilməsi məqsədilə sənədləşdirmə işləri artıq başa çatıb.
Azərbaycanda jurnalistlər üçün evlərin tikilməsi məqsədilə sənədləşdirmə işləri başa çatıb

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda jurnalistlər üçün evlərin tikilməsi məqsədilə sənədləşdirmə işləri artıq başa çatıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, evlərin tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılıb, binanın inşası üçün "Bibiheybət"də yer müəyyənləşib.

"Artıq bütün sənədləşdirmə işləri başa çatıb. Fövqəladə Hallar Nazirliyi binanın tikintisi üçün müsbət rəy verib və sənədlər KİVDF-yə təqdim edilib", - Səfərli bildirib.

Xəbər lenti

Xəbər lenti