...

Bakıdakı bütün hotellər "Eurovision" müsabiqəsinə gələcək qonaqlar üçün nömrələri onlayn formada bronlaşdıra biləcəklər

Cəmiyyət Materials 24 Noyabr 2011 15:07 (UTC +04:00)
Bakıdakı bütün hotellər "Eurovision 2012"-nin keçiriləcəyi müddət üçün nömrələri onlayn formada bronlaşdıra biləcəklər.
Bakıdakı bütün hotellər "Eurovision" müsabiqəsinə gələcək qonaqlar üçün nömrələri onlayn formada bronlaşdıra biləcəklər

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakıdakı bütün hotellər "Eurovision 2012"-nin keçiriləcəyi müddət üçün nömrələri onlayn formada bronlaşdıra biləcəklər. Bunu cümə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, hotellərin onlayn-bronlaşdırma xidməti göstərməsi ilə bağlı problem yaranmayacaq.

İsmiyev bunu paytaxtdakı hotellərin hamısının onlayn sistemlərinin olması ilə əlaqələndirib. Nazirlik rəsmisi bildirib ki, qonaqlar mehmanxana nömrələrini internetlə sifariş edə biləcəklər.

İsmiyev bu məsələ ilə bağlı hotellərin turizm şirkətləri ilə birgə əməkdaşlıq edəcəyini də qeyd edib.

Amma nazirlik rəsmisi "Eurovision 2012"-nin keçiriləcəyi müddət üçün hoteldəki yerlərin bronlaşdırılmasına başlanılacağı vaxtın hələ müəyyənləşdirilmədiyini açıqlayıb.

O əlavə edib ki, "Eurovision 2012" ilə əlaqədar ölkəyə gələcək qonaqlar üçün xüsusi tur-paketlərin gələn ilin əvvəlinə hazır olacağı gözlənilir.

Bu ilin I yarısına olan məlumata görə, ölkədə 504 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.

57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti