...

Azərbaycan ombudsmanı əfv təklifi ilə ölkə Prezidentinə müraciət edib

Cəmiyyət Materials 26 Noyabr 2011 15:12 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində növbəti əfv təklifi ilə ölkə Prezidentinə müraciət edib.
Azərbaycan ombudsmanı əfv təklifi ilə ölkə Prezidentinə müraciət edib

Azərbaycan, Bakı, 26 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində növbəti əfv təklifi ilə ölkə Prezidentinə müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, təklif bu il bir sıra əlamətdar tarixlər - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi, Azərbaycanın Avropa Şurasına üzvlüyünün və Avropa İnsan Hüquqları Konvensiyasının ratifikasiyası, həmçinin "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitutusiya Qanununun 10 illiyi və digər əhəmiyyətli hadisələrin ildönümü nəzərə alınmaqla verilib.

Ombudsmanın müraciəti əsasında bu günədək 339 məhkum azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti