...

Bu gündən "Eurovision 2012"-nin milli seçim turu başlayır

Cəmiyyət Materials 28 Noyabr 2011 11:55 (UTC +04:00)
Bu gün İctimai Televiziyanın (İTV) efirində "Eurovision 2012" mahnı müsabiqəsinin milli seçim turu start götürür.
Bu gündən "Eurovision 2012"-nin milli seçim turu başlayır

Azərbaycan, Bakı, 28 noyabr / Trend müxbir İ.İsabalayeva/

Bu gün İctimai Televiziyanın (İTV) efirində "Eurovision 2012" mahnı müsabiqəsinin milli seçim turu start götürür.

İTV-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, milli seçim turunda 72 nəfər iştirak hüququ qazanıb. Onlar hər biri 9 nəfərdən ibarət 8 qrupa bölünüb. Bu qruplar 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcəklər.

İlk çıxış bu axşam saat 22:00-da olacaq. Bu həftə Ramin Quliyev, Canana Zeynalova, Orxan Mirzəyev, Kənan Qədimov, Anastasiya Bedritskaya, Amil Qocayev, Orxan Kərimli, Elnarə Həsənova və Səmra Rəhimli yarışacaqlar.

İştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstərəcəklər. Seçim qaydaları ötən il olduğu kimi aparılır. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunacaq. 8 həftənin qalibləri növbəti mərhələyə - yarımfinala vəsiqə qazanacaqlar. Finala keçmiş iştirakçılar isə Azərbaycanı "Eurovision 2012"-də təmsil etmək uğrunda yarışacaq.

57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti