...

Azərbaycanda elektron xidmət növləri müəyyənləşdirildi

Cəmiyyət Materials 28 Noyabr 2011 12:23 (UTC +04:00)
Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı və "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" təsdiq edib.
Azərbaycanda elektron xidmət növləri müəyyənləşdirildi

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı" və "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nı təsdiq edib. Bu barədə Trend-ə bazar ertəsi Nazirlər Kabinetindən məlumat verilib.

Hökumətin qərarı ilə elektron xidmətlər reyestrinin operatoru funksiyaları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılıb.

Nazirlik bir ay ərzində elektron xidmətlər reyestrini formalaşdırmalıdır.

Mərkəzi icra hakimiyyəti orqanları elektron xidmətlərin elektron xidmətlər reyestrində qeydə alınmasını təmin etmək, elektron xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Qaydalar aşağıdakı konkret sahələrdə göstərilən xidmətləri əhatə edəcək:

Ailə, qadın, uşaq problemləri, arxitektura və tikinti, dini qurumlarla iş, dövlət qulluğu, əmək və məşğulluq, əmlak münasibətləri, gömrük işi, hüquqi xidmətlər, hüquq mühafizə, idman və bədən tərbiyəsi, kənd təsərrüfatı, kommunal xidmətlər, konsulluq xidmətləri, qaçqınlar və məcburi köçkünlərlə iş, maliyyə, qiymətli kağızlar, audit, mədəniyyət, turizm, müdafiə, nəqliyyat, rabitə və informasiya texnologiyaları, səhiyyə, sənaye, ticarət, sosial müdafiə, sosial təminat, standartlaşdırma və metrologiya, statistika, təbii resurslar və ekologiya, təhsil və elm, torpaq və xəritəçəkmə, vergilər, vətəndaşlıq, miqrasiya.

Qaydalarla elektron xidmətlərin göstərilməsi, elektron xidmət istifadəçilərinin hüquqları, elektron xidmətlər üzrə ödənişlər, reyestrin aparılması, elektron xidmətlərin təqdim olunması üsulları, elektron imzadan istifadə, elektron xidmətlərlə bağlı məsuliyyət və s. məsələlər nizama salınır.

Elektron xidmət növlərinin

SİYAHISI

Sıra №-si

Xidmətin adı

1

2

1.Ailə, Qadın və Uşaq Problem­ləri üzrə Dövlət Komitəsi

1.1.

Ölkələrarası övladlığa götürmə ilə bağlı e-müraciət

1.2.

Ölkədaxili övladlığa götürmə ilə bağlı e-müraciət

2.Fövqəladə Hallar Nazirliyi

2.1.

Xüsusi razılıqların (lisenziyaların) verilməsi üçün e-müraciət

2.2.

Xüsusi icazələrin verilməsi üçün e-müraciət

2.3.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində obyektlərin ekspertizasının aparılması üçün e-müraciət

2.4.

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi tərəfindən gəmilərin dövlət qeydiyyatının aparılması üçün e-müraciət

3.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

3.1.

Dini qurumların dövlət qeydiyyatına alınması üçün e-müraciət

3.2.

Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi

3.3.

Dini ibadət yerlərinin tikintisinin və yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy verilməsi

3.4.

Dini təyinatlı ədəbiyyata rəy verilməsi

3.5.

Dini tədris müəssisələrinin fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün rəy verilməsi

4.Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

4.1.

Dövlət qulluğuna qəbul üzrə e-qeydiyyat

4.2.

Müsabiqə və müsahibə nəticələri barədə məlumatların əldə edilməsi

4.3.

Dövlət qulluqçularının Reyestrindən məlumatların əldə edilməsi

4.4.

Dövlət orqanları tərəfindən ehtiyat kadrlar barədə müvafiq məlumatların əldə edilməsi

4.5.

Dövlət qulluğu sahəsində müxtəlif statistik hesabatların təqdim edilməsi

4.6.

Dövlət qulluğu stajı kalkulyatoru

4.7.

Onlayn sınaq test imtahanlarının keçirilməsi

5.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

5.1.

İstehsalatda baş verən bədbəxt hadisə barədə məlumatın verilməsi

5.2.

Peşə hazırlığı və əlavə təhsilə cəlb olunmaq istəyən vətəndaşların e-qeydiyyatı

5.3.

Haqqı ödənilən ictimai işlər barədə məlumatın əldə edilməsi

5.4.

Haqqı ödənilən ictimai işə cəlb olunmaq istəyən vətəndaşların e-qeydiyyatı

5.5.

Peşəyönümü xidməti barədə informasiyanın əldə edilməsi

5.6.

Onlayn peşəyönümünün testləşdirilməsi

5.7.

Dövlət Məşğulluq Xidməti vasitəsilə iş axtarışı

5.8.

Kvota üzrə müəyyən olunmuş vakansiyalar barədə məlumatın əldə edilməsi

5.9.

"Əmək Birja"larına müraciət edən işəgötürənlərin işçi qüvvəsinə olan tələbatı haqqında məlumat əldə edilməsi

5.10.

"Əmək Birja"larına müraciət edən işaxtaran vətəndaşların e-qeydiyyatı

5.11.

Məşğulluq Xidməti Orqanları üzrə e-hesabatların qəbulu

5.12.

İşsizlik müavinətinin hesablanması kalkulyatoru

5.13.

Sosial kalkulyator

5.14.

Ünvanlı Sosial Yardım alınması üçün e-müraciət

5.15.

Dövlət sosial təminat xidmətləri üzrə e-növbə

5.16.

Sosial müdafiə tədbirləri barədə məlumat əldə edilməsi

5.17.

İşsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin edilməsi

5.18.

Əlilliyin təyin edilməsi

6.Əmlak Məsələləri Dövlət Komitəsi

6.1.

Daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlar barədə arayışların verilməsi

6.2.

Daşınmaz əmlak obyektləri barədə kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün e-müraciət

6.3.

Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestri məlumat bazasından arayışların, ünvan xəritələrindən çıxarışların, digər ünvan məlumatlarının təqdim edilməsi

6.4.

Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların e-satışı

6.5.

Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında xüsusi hesabat formasının təqdim edilməsi

6.6.

Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətlərin və müvafiq sənədlərin elektron və ya skan edilmiş formatda rəsmi qəbul edilməsi

7.Dövlət Gömrük Komitəsi

7.1.

E-yük gömrük bəyannamələri

7.2.

Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün e-müraciət

7.3.

E-sərnişin bəyannamələri

7.4.

E-növbə

7.5.

Nəqliyyat operatorla­rı­nın e-qeydiyyatı

7.6.

Gömrük Hospitalına e-müraciət

7.7.

Xarici İqtisadi Fəaliyyət iştirakçılarının bəyan etdikləri mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesinin gedişi və idxal-ixrac əməliyyatları haqqında real vaxt rejimində məlumat ala bilməsi üzrə e-müraciət

8.Müəllif Hüquqları Agentliyi

8.1.

Müəllif hüquqlarının e-qeydiyyatı

8.2.

Müəllif və hüquq istifadəçiləri üçün rəqəmsal şəbəkələrdə lisenziyalaşdırma və hüquqların idarə olunması üzrə e-xidmət

8.3.

Pərakəndə satışda yayılan məhsullara, fonoqramlara, audiovizual əsərlərə, verilənlər bazasına, proqram təminatına unikal kodların verilməsi və onların e-qeydiyyatı

8.4.

Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan mallara xüsusi damğalanmış holoqramların verilməsi

8.5.

Yayılmaq üçün buraxılmış müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan malların dövlət reyestrlərinin, hüquq sahiblərinin kollektivləri və yayım təşkilatları arasında lisenziyaların aparılması və şəhadətnamələrin verilməsi

8.6.

Ticarət şəbəkəsində efirlə və kabellə yayılmasına icazə verilmiş obyektlərin "hüquqlarının tənzimlənməsi" məqsədi ilə e-ekspertizası

9.Ədliyyə Nazirliyi

9.1.

Notariat kontorları və notariat hərəkətlərinin aparılması barədə məlumat əldə edilməsi

9.2.

Aparılmış notariat hərəkətləri barədə məlumatın və onlarla bağlı sənədlərin surətlərinin Dövlət Notariat Arxivindən əldə edilməsi

9.3.

Qeydiyyat orqanları və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılması barədə məlumat əldə edilməsi

9.4.

Azərbaycan adları barədə məlumat əldə edilməsi

9.5.

Qeydiyyata alınmış vətəndaşlıq vəziyyəti aktları ilə bağlı sənədlərin əldə edilməsi

9.6.

Qeyri-kommersiya hüquqi şəxslərin və təhsil müəssisələrinin qeydiyyatı proseduru, adları, eləcə də qeydiyyata alınıb-alınmaması barədə məlumat əldə edilməsi

9.7.

Mətbu nəşrlərin uçotu üçün e-müraciət

9.8.

Qeydiyyata alınmış qeyri-kommersiya hüquqi şəxslər və təhsil müəssisələri üçün fərdi e-pəncərə

9.9.

İcra qurumları barədə məlumat əldə edilməsi

9.10.

İcra qurumları tərəfindən hərraca çıxarılan əmlaklar barədə məlumat əldə edilməsi

9.11.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən məlumat əldə edilməsi

9.12.

Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlakların satışı üzrə ticarət şəbəkələri haqqında məlumat əldə edilməsi

9.13.

Mülki dövriyyə nəticəsində baş verən çoxsaylı hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması

10.Daxili İşlər Nazirliyi

10.1.

Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatının dəyişdirilməsi) üçün e-müraciət

10.2.

Xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi üçün e-müraciət

10.3.

Müxtəlif növ möhürlərin və ştampların hazırlanmasına xüsusi razılığın verilməsi üçün e-müraciət

10.4.

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün e-müraciət

10.5.

Vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün e-müraciət

10.6.

Ümumvətəndaş pasportlarının dəyişdirilməsi üçün e-müraciət

10.7.

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və ölkə hüdudlarını tərk etmək üçün xüsusi nümunəli pasportlarının dəyişdirilməsi üçün e-müraciət

10.8.

Sürücülük vəsiqələrinin verilməsi üçün e-müraciət

10.9.

Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün e-müraciət

10.10.

Yol şəbəkəsinin müəyyən hissələrinə yükdaşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması üçün xüsusi buraxılış vərəqələrinin verilməsi

10.11.

Daxili işlər orqanlarında xidmətə qəbulla bağlı e-müraciət

10.12.

Məhkumluq barədə arayışların verilməsi

10.13.

Arxiv arayışlarının verilməsi

10.14.

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi üçün e-müraciət

10.15.

Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlığın dövriyyəsinə xüsusi icazənin verilməsi üçün e-müraciət

10.16.

Mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi üçün e-müraciət

10.17.

İtirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi

10.18.

Yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı görülən tədbirlər barədə məlumat əldə edilməsi

10.19.

Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün

e-müraciət

10.20.

Nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi üçün e-müraciət

10.21.

Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi üçün e-müraciət

10.22.

Uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün e-müraciət

10.23.

Sanatoriya tipli "Azərbaycan" istirahət evinə yollayışların verilməsi üçün e-müraciət

11. Gənclər və İdman Nazirliyi

11.1.

Xaricə səfər edən ayrı-ayrı gənclər və idman nümayəndə heyətinə, rəsmilərə viza alınmasına razılıq verilməsi üçün e-müraciət

11.2.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin müraciətinə əsasən viza alınması üçün e-müraciət

11.3.

Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak etmək üçün e-qeydiyyat

11.4.

İdman federasiyaları və klubların yaradılması üçün e-müraciət

11.5.

İdman təsnifatına uyğun olaraq idman sahəsində fəxri adların alınması üçün e-müraciət

11.6.

Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsinə e-müraciət

11.7.

Gənclərin beynəlxalq tədbirlərdə iştirakı üçün e-müraciət

12. Kənd Təsərrüfatı Nazirliyi

12.1.

Etil spirti və alkoqollu içkilər, tütün məmulatları, özəl toxumçuluq fəaliyyəti və baytarlıq təbabəti üçün lisenziyaların verilməsi

13. Xarici İşlər Nazirliyi

13.1.

Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron qaydada verilən vizaların (e-viza) alınması məqsədi ilə e-müraciət

13.2.

Jurnalistlərin e-akkreditasiyası

13.3.

Xaricdə yaşayan azərbaycanlıların e-müraciəti

13.4.

Azərbaycan Respublikasının ərazisində olan Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin e-müraciəti

14. Qaçqınların və Məcburi Köçkün­lərin İşləri üzrə Dövlət Komitəsi

14.1.

Status sənədlərinin verilməsi üçün e-müraciət

14.2.

Əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən təsdiq olunan yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti alan məcburi köçkünlərin siyahısının təqdim olunması

14.3.

Yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti alan məcburi köçkünlər barədə məlumat əldə edilməsi

14.4.

Kommunal xidmətlərdən istifadə edən məcburi köçkünlər barədə məlumat əldə edilməsi

14.5.

Kommunal xidmətlərdən istifadə edən məcburi köçkünlərin müvafiq xidmət təşkilatları və icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş siyahısının təqdim olunması

15. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

15.1.

Qiymətli kağızların e-qeydiyyatı

15.2.

Xüsusi razılığın (lisenziyanın) verilməsi

15.3.

Lotereyanın təşkili və keçirilməsinin e-qeydiyyatı

15.4.

Qiymətli kağızlar bazarının iştirakçıları tərəfindən hesabatların təqdim olunması

15.5.

Aksiz markalarının əldə edilməsi üçün e-müraciət

15.6.

Aksiz markaları üzrə digər e-xidmətlər

15.7.

Qiymətli kağızların dövriyyədən çıxarılması

15.8.

Emitentlərin adlarının dəyişməsi ilə əlaqədar qiymətli kağızların dövlət reyestrində dəyişikliklərin edilməsi

15.9.

Qiymətli kağızların girovda olub-olmaması barədə arayışların verilməsi

15.10.

Qiymətli kağızlarla girova xitam

15.11.

Qiymətli kağızlar bazarı iştirakçılarının attestasiyadan keçirilməsi

16. Mədəniyyət və Turizm Nazirliyi

16.1.

Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi

16.2.

Vətəndaşlar, hüquqi və fiziki şəxslər tərəfindən respublikadan kənara çıxarılması, həmçinin qaytarılması barədə müraciət olunan mədəni sərvətlərə icazələrin verilməsi

16.3.

Mədəni və tarixi sərvətlərin respublikadan kənara çıxarılmasına icazələrin verilməsi

16.4.

Respublika ərazisindən kənara çıxarılan, müvəqqəti çıxarılan və qaytarılan mədəni sərvətlərin e-qeydiyyatı

16.5.

Vətəndaşların və hüquqi şəxslərin respublika ərazisində turizm xidməti sahəsində investisiya ilə bağlı layihələrin təqdim olunması

16.6.

Mədəniyyət və turizm üzrə dövlət investisiya layihələrinin və təsdiq olunmuş investisiya proqramlarının təqdim olunması

16.7.

Turizm fəaliyyəti ilə məşğul olan şirkətlərin və turistlərin səfərləri təşkil olunduğu ölkələrdə (yerlərdə) problemlər barədə e-müraciət

16.8.

Turizm fəaliyyəti ilə məşğul olan obyektlərdə və ölkə ərazisində əcnəbi turistlərin səfərlərinin təşkil olunduğu digər yerlərdəki problemlər barədə e-müraciət

16.9.

Turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm işləri üzrə fəaliyyətlə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər üçün icazələrin, lisenziyaların verilməsi

16.10.

Bərpa işləri üzrə fəaliyyətlə məşğul olmaq üçün icazələrin verilməsi

16.11.

Təşkilatlara (hüquqi şəxs) və fərdi sahibkarlara ölkə əhəmiyyətli mədəni irs abidələrinin (tarix və mədəniyyət abidələrinin) bərpası üzrə işlərin yerinə yetirilməsi üçün icazələrin verilməsi

16.12.

Təşkilatlara (hüquqi şəxs) arxeoloji qazıntı işlərinin aparılması üçün xüsusi icazələrin verilməsi

16.13.

Filmlərin dövlət reyestrində qeydə alınması üçün sənədlərin təqdim edilməsi və ölkə ərazisində nümayiş üçün icazələrin verilməsi

16.14.

Kino üzrə ekspert şuralarına və ssenari müsabiqələrinin münsiflər heyətinə sinopsis və ssenarilərin təqdim edilməsi

16.15.

Şəhər, rayon mərkəzləşdirilmiş kitabxana və muzey sistemlərinin hesabatlarının təqdim edilməsi

16.16.

Dövlət kitabxana və muzey fondunda saxlanılan biblioqrafiya məlumatlarının əldə edilməsi

16.17.

Dövlət kitabxana və muzey fondunda saxlanılan və müəllif hüquqları ilə qorunmayan məlumatların əldə edilməsi

16.18.

E-bilet

17. Nəqliyyat Nazirliyi

17.1.

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının lisenziyalaşdırılması üçün e-müraciət

17.2.

Rəqəmsal taxoqraf kartlarının verilməsi üçün e-müraciət

17.3.

E-bilet

17.4.

Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə xüsusi icazə verilməsi

17.5.

Nəqliyyat Nazirliyinin mülkiyyətində olan ümumi istifadə edilən avtomobil yollarında müvafiq işlərin görülməsi üçün texniki şərtin verilməsi

18. Dövlət Mülki Aviasiya Administrasiyası

18.1.

Azərbaycan Respublikasından və ya Azərbaycan Respublikasına uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi

18.2.

Hava nəqliyyatı ilə sərnişin və yük daşımalarının həyata keçirilməsi üçün xüsusi razılığın (lisenziya) verilməsi

18.3.

Hava nəqliyyatında sərnişin daşımalarının satışı və bronlaşdırılması üzrə fəaliyyət göstərən agentliklərə sertifikatların verilməsi

18.4.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İxrac nəzarəti haqqında" 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarına əsasən ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazələrin verilməsi

19. Dövlət Dəniz Administrasiyası

19.1.

Dənizçinin şəxsiyyət sənədinin və Dənizçinin Qeyd Kitabçasının verilməsi

19.2.

Dənizçilərə sertifikatların (diplomların) verilməsi

19.3.

Sertifikatın (diplomun) Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən tanınması haqqında təsdiqnamənin verilməsi

19.4.

Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamənin verilməsi

19.5.

Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi

20. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

20.1.

Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün e-müraciət

20.2.

Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsi üçün xüsusi icazə verilməsi üçün e-müraciət

20.3.

İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazə verilməsi üçün e-müraciət

20.4.

Nömrə resurslarının ayrılması üçün e-müraciət

20.5.

Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq verilməsi üçün e-müraciət

20.6.

Telefon çəkilişi, nömrənin dəyişdirilməsi və ada keçirilməsi

20.7.

Telefon servis xidmətlərinə qoşulma

20.8.

İnternet xidmətlərinə qoşulma

20.9.

Telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatının verilməsi üçün e-müraciət

20.10.

Radiorabitə vasitələrinin qeydiyyatı üçün e-müraciət

20.11.

Rabitə xidmət haqlarının internet vasitəsilə ödənilməsi

20.12.

Telefon danışıqları və kommunal xidmətlər üzrə borcların internet vasitəsilə öyrənilməsi

20.13.

Şəhərlərarası və beynəlxalq danışıq qəbzləri (danışıqların açıqlamaları) barədə məlumat əldə edilməsi

20.14.

Soyad və ad üzrə telefon nömrəsinin internet vasitəsilə öyrənilməsi

20.15.

Poçt göndərişlərin izlənilməsi

20.16.

Dövri mətbuata internet-abunə

20.17.

E-imzanın verilməsi üçün e-müraciət

21. Səhiyyə Nazirliyi

21.1.

Vətəndaşların elektron sağlamlıq kartındakı məlumatlarının əldə edilməsi

21.2.

Dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrin şəxsi məlumatları, hansı dispanserdə qeydiyyatda olması və aldığı dərmanlar barədə məlumatların əldə edilməsi

21.3.

Obliqat qruplara aid vətəndaşların müayinələrdən keçmələri barədə məlumat əldə edilməsi

21.4.

Müəssisə rəhbərləri tərəfindən obliqat qrupuna daxil olan işçiləri barədə məlumat əldə edilməsi

21.5.

Tibb müəssisələr barədə elektron məlumat soraqçası

21.6.

Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün e-müraciət

21.7.

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün e-müraciət

21.8.

Dərman vasitələri haqqında məlumat əldə edilməsi

21.9.

İmmunoprofilaktika üzrə məlumat təqdim edilməsi

21.10.

Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat

22. Sənaye və Energetika Nazirliyi

22.1.

Elektrik qurğularının istismara buraxılması zamanı zəruri olan sənədlər barədə məlumat əldə edilməsi

22.2.

Neft məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi

22.3.

Qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi

22.4.

İxrac nəzarətinə düşən və Sənaye və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi

22.5.

Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin verilməsi

22.6.

İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında Şəhadətnamə verilməsi

23. Dövlət Şəhər­salma və Arxi­tek­tura Komitəsi

23.1.

Dövlət standartlarına uyğun olaraq I və II səviyyəli bina və qurğuların layihələndirilməsi fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi və fiziki şəxslərə xüsusi razılıq (lisenziya) verilməsi

24. İqtisadi İnkişaf Nazirliyi

24.1.

Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi və nəticələrini təsdiq edən mənşə sertifikatının verilməsi

24.2.

Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi

24.3.

Kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin e-qeydiyyatı

24.4.

Əmtəə birjası fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi

24.5.

Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi

25. Dövlət Sosial Müdafiə Fondu

25.1.

Məcburi dövlət sosial sığortası üzrə hesabatların və məlumatların təqdim olunması

25.2.

Sığortaedənin və sığortaolunanın uçotuna dair e-müraciət

25.3.

Məcburi dövlət sosial sığortası hesabına verilən müavinətlər üzrə haqq-hesab cədvəllərin təqdim olunması

25.4.

Məcburi dövlət sosial sığortası üzrə səyyar yoxlamanın keçirilməsi haqqında qərarın, bildirişlərin, xəbərdarlıqların və tələbnamənin göndərilməsi

25.5.

Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi

25.6.

Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün e-müraciət

25.7.

Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi

25.8.

Bank və ya digər kredit təşkilatı üçün e-xidmətlər

26. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

26.1.

E-sertifikat

26.2.

E-attestat

26.3.

İxtira, faydalı model və sənaye nümunəsi barəsində məlumat axtarışı aparılması üçün vəsatət verilməsi

26.4.

Apellyasiya şurasına (komissiyasına) etiraz verilməsi

26.5.

Əmtəə nişanının və ya coğrafi göstəricinin qeydə alınması barədə sənədin verilməsi

26.6.

Əmtəə nişanına dair ilkinliyin istənilməsi ilə bağlı müraciətlərin qəbulu

26.7.

E-şəhadətnamə

26.8.

İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi

26.9.

Lisenziya müqavilələrinin e-qeydiyyatı

26.10.

Xidməti silahın əldə edilməsinə icazənin verilməsi

26.11.

Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi

26.12.

E-patent

26.13.

Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin e-qeydiyyatı

27. Dövlət Statistika Komitəsi

27.1.

Statistik hesabatların təqdim edilməsi

27.2.

Statistik məlumatların buraxılış təqviminin təqdim edilməsi

27.3.

Mətbu məlumatların yayım təqviminin təqdim edilməsi

27.4.

Statistik məlumatların (göstəricilərin) əldə edilməsi

27.5.

Statistik nəşrlərin (kitabların) əldə edilməsi

28. Ekologiya və Təbii Sərvətlər Nazirliyi

28.1.

Ətraf mühitin qorunması ilə əlaqədar razılıq (lisenziya) və icazələrin verilməsi

28.2.

ETSN-nin səlahiyyətlərinə aid edilmiş mal və materialların idxalına və ixracına razılığın verilməsi

28.3.

Milli Parklara e-bilet satışı

28.4.

Meşə məhsulları və dərman bitkilərinin e-satışı

29. Təhsil Nazirliyi

29.1.

Respublikada fəaliyyət göstərən bütün növ təhsil müəssisələri haqqında məlumat əldə edilməsi

29.2.

Respublikada fəaliyyət göstərən bütün növ təhsil müəssisələrinə qəbul qaydaları haqqında məlumat əldə edilməsi

29.3.

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu üçün e-ərizələrin qəbulu

29.4.

Tam və ümumi orta təhsil məktəblərinə şagirdlərin qəbulu üçün e-ərizələrin qəbulu

29.5.

Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların əldə edilməsi

29.6.

Ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin məktəbdaxili, milli və beynəlxalq qiymətləndirilməsi barədə məlumatların əldə edilməsi

29.7.

Tam və ümumi orta təhsil pilləsi üzrə sınaq və yekun buraxılış imtahanların nəticələri barədə məlumat əldə edilməsi

29.8.

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün e-ərizələrin qəbulu və imtahan nəticələri haqqında məlumatların əldə edilməsi

29.9.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" üzrə e-müraciət

29.10.

Təhsil müəssisələrində təhsil alanların təhsil müəssisələrini dəyişmək qaydaları barədə məlumat əldə edilməsi

29.11.

De-institutlaşma və uşaqların müdafiəsi barədə məlumat əldə edilməsi

30. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

30.1.

Namizədlərin e-ərizələrinin e-imzanın tətbiqi ilə təqdim edilməsi

30.2.

Əcnəbilərin və vətəndaşlığı olmayan namizədlərin e-ərizələrin təqdim edilməsi

31. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

31.1.

Xəritəçəkmə fəaliyyəti üzrə xüsusi razılıq (lisenziya) verilməsi

31.2.

Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə və torpağa mülkiyyət hüququna dair dövlət aktlarına dublikatların verilməsi

31.3.

Torpaq kadastr məlumatları barədə arayışların verilməsi

31.4.

Torpaq kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün e-müraciət

31.5.

Geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya, mühəndis-geodeziya işləri

31.6.

Müxtəlif təyinatlı xəritə və atlasların tərtibatı və nəşri

31.7.

Yerquruluşu işləri, torpaq tədqiqatı, geobotaniki tədqiqatların aparılması, bonitirovka xəritələrinin hazırlanması

31.8.

Torpaq kadastr xəritələrinin, CİS xəritələrin tərtibi

31.9.

Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması

31.10.

Bələdiyyələrin xəritələrinin hazırlanması

32. Vergilər Nazirliyi

32.1.

E-bəyannamə

32.2.

E-vergi hesab fakturası

32.3.

Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması

32.4.

Fərdi sahibkarların e-qeydiyyatı

32.5.

ƏDV məqsədləri üçün e-qeydiyyat

32.6.

Bank idarələrində hesabların açılması

32.7.

Vergi kalkulyatoru

32.8.

Bəyannamələrin vergi orqanları tərəfindən hazırlanması və təsdiq üçün vergi ödəyicilərinə göndərilməsi

32.9.

Vergi ödəyicisinin, təsərrüfat subyektlərinin, nəzarət-kassa aparatlarının uçotu və fəaliyyəti barədə e-ərizələrin təqdim edilməsi

32.10.

Vergi bəyannamələrinin, hesabat və arayışların vergi orqanına təqdim edilməsi

32.11.

Vergi ödəyicilərinin müraciətlərinin SMS vasitəsilə cavablandırılması

32.12.

Vergi və rüsumların internet vasitəsilə ödənilməsi

32.13.

Vergi borcu barədə arayışların, üzləşdirmə aktlarının, şəxsi hesab vərəqəsindən çıxarışların təqdim edilməsi

32.14.

Kommersiya hüquqi şəxslərin e-qeydiyyatı

32.15.

İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumatların əldə edilməsi

32.16.

Vergi uçotuna alınmış fiziki şəxslər barədə məlumatların əldə edilməsi

32.17.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının əldə edilməsi

32.18.

ƏDV ödəyiciləri barədə məlumatların əldə edilməsi

32.19.

Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması

33. Dövlət Miqrasiya Xidməti

33.1.

Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün e-müraciət

33.2.

Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması üçün e-müraciət

33.3.

Azərbaycan Respublikasında daimi yaşamaq məqsədi ilə (immiqrant statusu almaq üçün) icazənin alınması üçün e-müraciət

33.4.

Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi məqsədi ilə fərdi icazənin alınması üçün e-müraciət

33.5.

Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi məqsədi ilə fərdi icazənin müddətinin uzadılması üçün e-müraciət

33.6.

Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün e-müraciət

33.7.

Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün e-müraciət

33.8.

Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı e-müraciət

33.9.

Miqrasiya orqanlarında qulluğa qəbul olunma ilə bağlı e-müraciət

33.10.

Cərimələrin internet vasitəsilə ödənilməsi

34. Müdafiə Sənayesi Nazirliyi

34.1.

E-müraciət

35. Diasporla İş üzrə Dövlət Komitəsi

35.1.

Xaricdə yaşayan azərbaycanlıların e-müraciəti

36. Milli Arxiv İdarəsi

36.1.

E-müraciət

37. Dövlət Sərhəd Xidməti

37.1.

Dövlət Sərhəd Xidmətinə qəbulla bağlı e-müraciət

37.2.

Dövlət Sərhəd Xidmətinin Akademiyası qəbulla bağlı e-müraciət

38. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

38.1.

E-müraciət

39. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

39.1.

Su təsərrüfatı obyektlərindən suyun götürülməsinə razılıq verilməsi üçün e-müraciət

39.2.

Su təsərrüfatı obyektlərində və onların mühafizə zonalarında yaradılan obyektlərin yerinin razılaşdırılması üçün e-müraciət

40. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti

40.1.

Su borcunun internet vasitəsilə öyrənilməsi

40.2.

Su borcunun internet vasitəsilə ödənilməsi

40.3.

Su borcunun terminallar vasitəsilə ödənilməsi

41. "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti

41.1.

Enerji haqlarının internet vasitəsilə ödənilməsi

41.2.

Tələbatçı obyektlərin elektrik təchizatına dair texniki şərtlərin verilməsi

Xəbər lenti

Xəbər lenti