...

MSK sədri əhalini Azərbaycanda keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə fəal olmağa çağırıb

Cəmiyyət Materials 29 Noyabr 2011 12:32 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov əhalini noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə fəallıq nümayiş etdirməyə çağırıb.
MSK sədri əhalini Azərbaycanda keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə fəal olmağa çağırıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov əhalini noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə fəallıq nümayiş etdirməyə çağırıb. Trend-in məlumatına görə, MSK sədri çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib ki, bununla bağlı MSK bütün addımları atır.

"Bütün bələdiyyələrin ərazisində çağırış plakatları asılıb. MSK üzvləri KİV-ə müsahibə verərkən, yazılarını dərc etdirərkən Azərbaycan seçicilərini fəal olmağa çağırıblar. Seçicilərə, həmçinin nəfis şəkildə tərtib olunmuş bildirişlər paylanılıb", - Pənahov deyib.

Onun sözlərinə görə, seçki məntəqələri 30 noyabr səhər saat 08:00-dan axşam saat 19:00-dək fəaliyyət göstərəcək.

Pənahov həmçinin deyib ki, namizədlərin 20 faizə yaxını qadınlardır. Onun sözlərinə görə, qadınların Azərbaycanın ictimai-siyasi həyatındakı fəallığı 20 faizdən qat-qat çoxdur.

"MSK hər zaman maraqlıdır ki, seçkili orqanlarda təmsilçilik baxımından qadınlar fəal olsunlar", - Pənahov deyib.

Azərbaycanda noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 330 bələdiyyə üzrə 464 yerə 1549 namizəd var. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşür. Seçkiləri izləmək üçün 9923 müşahidəçi qeydiyyatdan keçib. Seçkilərdə 1 155 864 nəfərin səsvermə hüququ var.

Xəbər lenti

Xəbər lenti