...

Azərbaycan Daxili İşlər Nazirliyi elektron xidmətlərin göstərilməsinə başlayıb

Cəmiyyət Materials 29 Noyabr 2011 12:47 (UTC +04:00)
Nazirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, DİN-in internet saytında (www.mia.gov.az) elektron xidmətlər bölməsi yaradılıb.
Azərbaycan Daxili İşlər Nazirliyi elektron xidmətlərin göstərilməsinə başlayıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyi elektron xidmətlərin göstərilməsinə başlayıb.

Nazirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, DİN-in internet saytında (www.mia.gov.az) elektron xidmətlər bölməsi yaradılıb.

Həmin bölmə vasitəsilə vətəndaşlar bir sıra sənədlərin alınması və müraciət edilməsini elektron formada həyata keçirəcəklər.

Belə ki, vətəndaşlar xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatının dəyişdirilməsi), xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin, müxtəlif növ möhürlərin və ştampların hazırlanmasına xüsusi razılığın, qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya), vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi, ümumvətəndaş pasportlarının dəyişdirilməsi, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və ölkə hüdudlarını tərk etmək üçün xüsusi nümunəli pasportlarının dəyişdirilməsi, sürücülük vəsiqələrinin, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün elektron qaydada müraciət edə bilərlər.

Həmçinin daxili işlər orqanlarında xidmətə qəbul, məhkumluq barədə, arxiv arayışlarının verilməsi, mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi, itirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi, yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı görülən tədbirlər barədə məlumat əldə edilməsi, nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və digər hərəkətlər üçün bu bölməyə daxil olmaqla elektron qaydada müraciət etmək imkanı yaradılıb.

Xəbər lenti

Xəbər lenti