...

Bakıda iki yol bağlanıb

Cəmiyyət Materials 30 Noyabr 2011 13:15 (UTC +04:00)
Bakıda iki yol müvəqqəti bağlanıb.
Bakıda iki yol bağlanıb

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda iki yol müvəqqəti bağlanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov çərşənbə günü Trend-ə bildirib ki, Bakıxanov prospektinin kəsişməsindən Azadlıq prospekti ilə ABŞ səfirliyinin inzibati binası yerləşən əraziyədək yol örtüyünün və səki daşlarının dəyişdirilməsi və yolun genişləndirilməsi səbəbindən yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Əsədov deyib ki, Mətbuat prospekti ilə Mikayıl Müşfiq dairəsi kəsişməsindən Badamdar qəsəbəsi və digər istiqamətlərə Mikayıl Müşfiq küçəsi ilə yolun sağ hərəkət zolağında əsaslı təmir tikinti işlərinin aparılması ilə əlaqədar olaraq avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

Avtomobillərin hərəkəti yolun sol hərəkət zolağı ilə nəzərdə tutulub.

Yol Polisi sürücülərə diqqətli olmağı və sürət həddini aşmamağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti