...

Olimpiya oyunlarının mütəxəssisləri Bakıda səfərdədir (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2011 15:32 (UTC +04:00)
"Bakı 2020" layihəsi ilə əlaqədar dünya şöhrətli ekspert qrupu Bakının öyrənilməsi və mərkəz şəhər üçün ən mükəmməl planın hazırlanması məqsədilə Bakıda səfərdədir.
Olimpiya oyunlarının mütəxəssisləri Bakıda səfərdədir (FOTO)

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir İ.İsabalayeva/

"Bakı 2020" layihəsi ilə əlaqədar dünya şöhrətli ekspert qrupu Bakının öyrənilməsi və mərkəz şəhər üçün ən mükəmməl planın hazırlanması məqsədilə Bakıda səfərdədir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, ekspertlər "Bakı 2020" Təşkilat Qrupu ilə görüş keçiriblər.

"Bakı 2020"-nin icraçı direktoru Könül Nurullayeva yüksək səviyyəli işçi qrupunu Bakıda salamlamaqdan məmnunluq duyduğunu deyib. O, böyük uğurlar əldə edə biləcəklərinə də ümid etdiklərini deyib.

O bildirib ki, Bakıda idman infrastrukturunun inkişafı üçün dövlət tərəfindən milyonlarla dollar sərf edilir. Bunun əsas səbəbi ölkənin iqtisadiyyatının sürətli inkişafıdır.

"Məhz buna misal olaraq son üç ildə biz yeni olimpiya stadionunun, olimpiya komplekslərinin, yeni idman meydançalarının tikintisinə başlamışıq. Bakı olimpiya ailəsinə vəd etdiklərinin hər birini nümayiş etdirəcək", - Nurullayeva əlavə edib.

Mütəxəssislərdən biri - uzun illər beynəlxalq idman aləmində, xüsusilə, 1961-ci ildən basketbol növündə dünyanın ən yaxşı idman icraçılarından biri olan avstraliyalı Bob Elfinston isə deyib ki, Bakı dünyanın ən böyük sirlərini özündə gizlədən və kəşflər üçün ən real məkan olan şəhərdir.

"Əminəm ki, birgə olaraq Bakının ən yüksək səviyyəli təbliğatı üçün işlər görə bilərik. Azərbaycan gənc bir ölkədir. Onun əhalisinin 50%-dən çoxu 30 yaşından aşağı olan insanlardır. 2020-ci il Olimpiya və Paralimpiya oyunlarının Bakıda keçirilməsi milyonlarla insanların ürəyi və beyninə yol tapmağın ən gözəl yoludur", - Elfinston qeyd edib.

Bob Elfinston 2000-ci il Sidney Olimpiya Oyunlarının təbliğatı zamanı baş menecer vəzifəsində çalışıb. O, olimpiya oyunlarında 28 idman növünün yüksək səviyyədə həyata keçirilməsində birbaşa məsul şəxs olub.

Xəbər lenti

Xəbər lenti