...

Azərbaycanda hər dörd pensiyaçıdan biri əlilliyə görə əmək pensiyası alır

Cəmiyyət Materials 2 Dekabr 2011 11:53 (UTC +04:00)
Azərbaycanda hər dörd pensiyaçıdan biri əlilliyə görə əmək pensiyası alır.
Azərbaycanda hər dörd pensiyaçıdan biri əlilliyə görə əmək pensiyası alır

Azərbaycan, Bakı, 2dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda hər dörd pensiyaçıdan biri əlilliyə görə əmək pensiyası alır.

Trend-in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorunun cümə günü yaydığı məlumatda bildirilir ki, bu ilin yanvar-sentyabr ayına olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1 279 422 nəfərin 25,9 faizi (330,8 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır.

Onlardan 7,2 faizi (23,7 min nəfəri) I qrup, 85,4 faizi (282,3 min nəfəri) II qrup, 7,4 faizi (24,8 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7868 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,7 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 0,8 faizi isə dövlət qulluqçularıdır.

Cari ilin 9 ayının göstəricilərinə əsasən, həyata keçirilən islahatlar əlilliyə görə əmək pensiyası alan pensiyaçıların pensiyalarının orta aylıq məbləğinin 2011-ci ilin əvvəlinə nisbətən 13,2 faiz artımına gətirib çıxarıb.

Dekabrın 3-ü Beynəlxalq Əlillər Günüdür. Fondun məlumatında bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyatının bütün sahələrində davam etdirilən sürətli islahatlar nəticəsində aztəminatlı əhalinin, o cümlədən əlil pensiyaçıların sosial müdafiəsi sahəsində yeni bir sistem formalaşıb.

Xəbər lenti

Xəbər lenti