...

Azərbaycan sinoptikləri qarşıdakı günlərdə meteohəssas insanlar üçün hava şəraitini açıqlayıblar

Cəmiyyət Materials 5 Dekabr 2011 13:10 (UTC +04:00)
Azərbaycan sinoptikləri qarşıdakı günlərdə hava şəraitinin Bakıda və Abşeron yarımadasında yaşayan meteohəssas insanlar üçün əlverişli olacağını bildirirlər.
Azərbaycan sinoptikləri qarşıdakı günlərdə meteohəssas insanlar üçün hava şəraitini açıqlayıblar

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan sinoptikləri qarşıdakı günlərdə hava şəraitinin Bakıda və Abşeron yarımadasında yaşayan meteohəssas insanlar üçün əlverişli olacağını bildirirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bazar ertəsi Trend-ə bildirilib ki, dekabrın 6-dan 8-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Bürodan verilən məlumata görə, dekabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 5-dən 6-na keçən gecə yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-6, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara bölgəsində isə az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti