...

İstirahət günündə Azərbaycanda gözlənilən hava proqnozu

Cəmiyyət Materials 10 Dekabr 2011 14:33 (UTC +04:00)
Dekabrın 11-də ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
İstirahət günündə Azərbaycanda gözlənilən hava proqnozu

Azərbaycan, Bakı, 10 dekabr / Trend müxbir İ.İsabalayeva/

Dekabrın 11-də ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, dekabrın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə bəzi yerlərdə yağış yağacağı, səhər kəsiləcəyi, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.

Dekabrın 11-də səhər Azərbaycanın qərb rayonlarında, gündüz isə şərq rayonlarında yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Gündüz əsasən yağmursuz hava şəraiti hökm sürəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14 şaxta olacaq.

Xəbər lenti

Xəbər lenti