...

Krımın kurortlar və turizm naziri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 15 Dekabr 2011 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr / Trend müxbir İ.İsabalayeva/

Dekabrın 19-da Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Aleksandr Liyevin başçılığı ilə nümayəndə heyətinin Bakı şəhərinə səfəri nəzərdə tutulub.

Trend-in cümə axşamı Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla görüşü olacaq.

Eyni zamanda, Krım Muxtar Respublikasının kurort - turizm imkanlarını təbliğ etmək məqsədilə dekabrın 19-da "Ambassador" mehmanxanasında respublikamızda fəaliyyət göstərən turizm şirkətləri və KİV nümayəndələri üçün təqdimat keçiriləcək.

Xəbər lenti

Xəbər lenti