Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Bakı və Yevlaxda qeyri-leqal miqrantların məskunlaşması üçün inşa edilən mərkəzlərin tikintisi başa çatıb. Trend-in məlumatına görə, bunu cümə günü Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov 18 dekabr - Beynəlxalq Miqrantlar Günü ilə bağlı keçirilən "dəyirmi masa"da bildirib.
Rəhimov bildirib ki, əcnəbi vətəndaşlar Azərbaycanda yaşamaq, oxumaq, işləmək hüquqlarına malikdirlər.
"Miqrasiya sahəsində qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üçün 20-dən artıq sərəncam verilib. Bu da miqrantların hüquqlarının qorunduğunun bariz nümunəsidir", - DMX rəisi çıxışında qeyd edib.
Azərbaycanda qeyri-leqal miqrantların məskunlaşması üçün inşa edilən mərkəzlərin tikintisi başa çatıb
Bakı və Yevlaxda qeyri-leqal miqrantların məskunlaşması üçün inşa edilən mərkəzlərin tikintisi başa çatıb.
