...

Sabahdan Azərbaycan ərazisində hava pisləşəcək

Cəmiyyət Materials 23 Dekabr 2011 12:22 (UTC +04:00)
Sabahdan Azərbaycan ərazisinə hava şəraiti yağmurlu olacaq
Sabahdan Azərbaycan ərazisində hava pisləşəcək

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir İ.İsabalayev/

Sabahdan Azərbaycan ərazisində hava şəraiti yağmurlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 24-də gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, gecəyə doğru az yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 24-də hava şəraiti əsasən yağmursuz keçəcək, səhər saatlarında duman və çiskin olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11 dərəcə şaxta olacağı gözlənilir.

Məlumata görə, dekabrın 24-də axşam və dekabrın 25-də ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti