...

Azərbaycanda sabah da qar yağacaq

Cəmiyyət Materials 3 Yanvar 2012 14:49 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi rayonlarında qar yağacaq.
Azərbaycanda sabah da qar yağacaq

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Azərbaycanın bəzi rayonlarında qar yağacaq.

Ekalogiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında havanın buludlu, yarımadanın bəzi yerlərində az yağıntılı olacağı, səhər və gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 1-3°, gündüz 5-7° isti olacaq. Bakıda gecə və gündüz 1-3°, axşam 5-7° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir.

Temperaturun gecə 3-8° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir.

Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın gecə və səhər yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperaturun gecə 1-4° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti