Azərbaycan, Bakı, 6 yanvar / Trend müxbir İ.İsabalayeva/
"Azərbaycan ərazisində erməni quldur və terror birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar (yaddaş kitabçası)" işıq üzü görüb.
Trend-in Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytına istinadən verdiyi məlumata görə, kitabçada erməni terrorçu və quldur birləşmələrinin azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi cinayətlər tarixi faktlarla diqqətə çatdırılıb.
Kitab AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun bir qrup əməkdaşı tərəfindən nəşrə hazırlanıb.
Vəsaitin elmi redaktoru institutun direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru Aytən Mustafayevadır.