...

Azərbaycanda abunəçilər ev telefonlarından MMS göndərə biləcəklər

Cəmiyyət Materials 9 Yanvar 2012 10:37 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) ümumi istifadədə olan telefon şəbəkəsi vasitəsilə multimedia ismarıclarının (MMS - Multimedia Messaging Service) göndərilməsi şəbəkəsini işə salacaq. Bu barədə cümə günü Trend-ə İB-dən məlumat veriblər.
Azərbaycanda abunəçilər ev telefonlarından MMS göndərə biləcəklər

Azərbaycan, Bakı, 9 yanvar/Trend, müxbir H.Vəliyev /

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) ümumi istifadədə olan telefon şəbəkəsi vasitəsilə multimedia ismarıclarının (MMS - Multimedia Messaging Service) göndərilməsi şəbəkəsini işə salacaq. Bu barədə cümə günü Trend-ə İB-dən məlumat veriblər.

Yeni şəbəkə kontent-provayderlərə stasionar telefonlara multimedia fayllarını çatdırmağa imkan verəcək. Hazırda bazarda artıq SMS və MMS məlumatların göndərilməsi funksiyasını dəstəkləyən simsiz ev telefonları təqdim edilib.

Məlumata əsasən, hələlik bu xidmətin tətbiqinin qarşısını alan amil abunəçilərin təsbit edilmiş telefoniyalarında bu növ şəbəkəni dəstəkləyən telefonların sayının az olmasıdır.

Hazırda "Aztelekom" stasionar şəbəkəsinin abunəçiləri qısa ismarıcların (SMS) göndərilməsi şəbəkəsindən istifadə edə bilirlər. Operatorun SMS-lərin göndərilməsi xidmətindən 2011-ci il ərzində əldə etdiyi gəlirlər 160 min manatı ötüb.

Dövlət operatorunun qısa ismarıcların göndərilməsi üzrə xidməti 2009-cu ildə "Aztelekom" və GSM-operatorlar (Azercell, Bakcell, Azerfon) arasında bağlanan saziş əsasında istismara verilib.

Xəbər lenti

Xəbər lenti