...

Azərbaycan Dağlıq Qarabağın şimal hissəsini TV-siqnalla əhatə edib

Cəmiyyət Materials 9 Yanvar 2012 11:51 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi aran Qarabağ bölgəsi sayılan Ağdam, Bərdə və Tərtər bölgəsini TV-siqnalla əhatə edib.
Azərbaycan Dağlıq Qarabağın şimal hissəsini TV-siqnalla əhatə edib

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi aran Qarabağ bölgəsi sayılan Ağdam, Bərdə və Tərtər bölgəsini TV-siqnalla əhatə edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirliyin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, bu, yeni telestansiyanın işə salınması sayəsində mümkün olub.

Habelə stansiya Dağlıq Qarabağın şimal ərazilərini telesiqnalla əhatə edib.

Region "Teleradio" İstehsalat Birliyinin televiziya siqnalları ilə 2011-ci il oktyabrın əvvəlində əhatə olunub. Bu, Ağsu televiziya qülləsində quraşdırılan yeni rəqəmsal avadanlıqların istismara verilməsi sayəsində mümkün olub. Teleqüllənin hündürlüyü 92 metr təşkil edir. O, Ağsu aşırımının 864 metr hündürlüyündə yerləşir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Xəbər lenti

Xəbər lenti