...

Hər 10 çinlidən biri diabet xəstəsidir

Cəmiyyət Materials 9 Yanvar 2012 20:54 (UTC +04:00)
Çində aparılan araşdırmanın nəticələrinə əsasən, 18 yaşından yuxarı hər 10 çinlidən biri diabet xəstəsidir.
Hər 10 çinlidən biri diabet xəstəsidir

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir M.Salmanov/

Çində aparılan araşdırmanın nəticələrinə əsasən, 18 yaşından yuxarı hər 10 çinlidən biri diabet xəstəsidir. Çinin Səhiyyə Təhsil Mərkəzinin hesabatına görə, bütün ölkə ərazisində yetkin insanlar arasında 97 milyon nəfər diabetdən əziyyət çəkir. Bu barədə bazar ertəsi Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir.

Diabet xəstələrinin 19,6 faizi 60 və daha yuxarı yaşdakı insanlardır. Şəhər əhalisinin 12,3 faizi, kənd əhalisinin isə 8,4 faizi diabet xəstəsidir.

Hesabata əsasən, kişilərin diabet xəstəliyinə düçar olma riski daha böyükdür. Çinli kişilərin 10,2 faizi, qadınların isə 9 faizi bu xəstəliyə tutulub.

Xəbər lenti

Xəbər lenti