Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Mətbuat Şurası əlavə səlahiyyətlərin verilməsini istəyir.
"Mətbuat Şurası haqqında" qanun layihəsi qəbul edilməlidir və həmin qanunda Mətbuat Şurasına davranış kodeksini pozan mətbuat orqanlarının bağlanması barədə Ədliyyə Nazirliyinə və məhkəməyə müraciət etmək hüququ verilməlidir. Trend-in məlumatına görə, bunu ötən ilin yekunlarına dair cümə axşamı keçirilən iclasda Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.
Qeyd edək ki, hazırda Mətbuat Şurasının fəaliyyətini tənzimləyin hüquqi-normativ aktlarda bu qurumun yazılı medianın bağlanması üçün müvafiq qurumlara müraciət etmək hüququ yoxdur.