...

Millət vəkili İsmayıllıda seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 13 Yanvar 2012 10:59 (UTC +04:00)
Milli Məclisin deputatı Novruz Aslanovun İsmayıllı rayon seçiciləri ilə görüşləri deputatın iş qrafikinə uyğun olaraq davam edir.
Millət vəkili İsmayıllıda seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Milli Məclisin deputatı Novruz Aslanovun İsmayıllı rayon seçiciləri ilə görüşləri deputatın iş qrafikinə uyğun olaraq davam edir.

Millət vəkilinin seçki qərərgahından Trend-ə verilən məlumata görə, yanvarın 12-də millət vəkili yenidən İsmayıllı rayonuna səfər edib.

İsmayıllı şəhərindəki ofisində seçiciləri qəbul edən millət vəkili qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar strukturlara müraciətlərin ediləcəyini sakinlərin diqqətinə çatdırıb.

Qaldırılan məsələlər əsasən fərdi və sosial yönümlü olub. Fərdi məsələlərin bəziləri yerindəcə həll edilib.

Məlumat üçün bildirək ki, bu il də keçən ildə olduğu kimi Novruz Aslanov mütəmadi olaraq seçicilərin qəbulunu keçirəcək.

Ucqar kəndlərdə də görüşlərin təşkili nəzərdə tutulub. Belə səyyar görüşlərin əksəriyyəti rayon İcra Hakimiyyətinin başçısının iştirakı ilə birgə keçirilir.

2010-cu ildə deputatlıq fəaliyyəti ilə bağlı Novruz Aslanov geniş ictimai kütləyə KİV-lər vasitəsilə hesabat vermişdi və həmin hesabat çap edilərək müvafiq strukturlara da təqdim edilmişdi.

Maraqlananlar deputatın qərargahına müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti