...

İran parlamentinin deputatı narkotiklərlə mübarizənin nəticəsiz qaldığını iddia edir

Cəmiyyət Materials 14 Yanvar 2012 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend müxbir T.Cəfərov/

İranda narkotiklərlə mübarizəyə yatırılmış çoxlu xərclərə baxmayaraq, bu sahədə mübarizəmiz uğursuzluqla nəticələnib. Bu sözləri İran parlamentinin nümayəndəsi və ictimai məsələlər üzrə komissiyanın üzvi Dariyuş Qənbəri deyib. Trend-in məlumatına görə, bu barədə asriiran.com saytı məlumat verir.

Qənbəri bildirib ki, İran narkotiklərin istifadəsinə görə, dünyada ikinci ölkədir və statistikalar İranda bu sahədə vəziyyətin təhlükəli böhran həddinə çatdığını göstərir.

"Ölkədə narkotik maddələrə aludə olan şəxslər haqqında statistikaların düzgün verilməməsi bu sahədə mübarizə üçün proqramların layiqincə yerinə yetirilməməsinə səbəb olur. Bəzi statistikalara əsasən, ölkədə bir milyon yarım narkotik istifadəçisi var, bəzi statistikalara görə isə bu rəqəm 7 milyon nəfər təşkil edir" - deyə Qənbəri deyib.

İranın daxili KİV-lərinin məlumatına əsasən, hazırda ölkə həbsxanalarında saxlanılan şəxslərin 50 faizi narkotik maddələrin istifadəsi və qaçaqmalçılığında ittiham olunaraq saxlanılır. Bu rəqəm İranın bəzi əyalətlərində 65 faiz təşkil edir.

İranın Narkotiklərlə Mübarizə Təşkialtının rəsmi statistikasına görə, ölkədə hazırda bir milyon 500 min nəfər narkotik itifadəçisi mövcudur ki, onların 700 min nəfəri bu maddədən davamlı istifadə edir.

Xəbər lenti

Xəbər lenti