...

İran Azərbaycan saytlarına haker hücumlarında əlaqəsinin olması barədə məlumatları şərh edib

Cəmiyyət Materials 19 Yanvar 2012 14:45 (UTC +04:00)
Azərbaycanın dövlət və ictimai strukturlarının saytlarına haker hücumlarının İranla heç bir əlaqəsi yoxdur.
İran Azərbaycan saytlarına haker hücumlarında əlaqəsinin olması barədə məlumatları şərh edib

Azərbaycan, Bakı, 19 dekabr /Trend müxbir T. Cəfərov/

Azərbaycanın dövlət və ictimai strukturlarının saytlarına haker hücumlarının İranla heç bir əlaqəsi yoxdur. Bu barədə cümə axşamı Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib.

İsgəndəri deyib ki, hər hansı ölkəyə qarşı haker hücumlarının olmasını tənqid edirik. Bu cür hərəkətlər güclü olmağın deyil, zəifliyin əlamətidir.

Onun sözlərinə görə, bu cür məlumatlar Azərbaycan-İran münasibətlərinə zərər vermək və iki ölkənin mətbuatı arasında əməkdaşlığın inkişafını istəməyən bəzi qüvvələr tərəfindən atılmış addımlardır.

Haker hücumu yanvarın 16-da həyata keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin serverlərində yerləşən müxtəlif qurumların, ictimai təşkilatların və KİV-in saytlarına haker müdaxilələri baş verib.

Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin əvvəl dediyinə görə, hazırda Rabitə Nazirliyi baş vermiş faktın ətraflı araşdırılmasını aparır və nəticələr əsasında beynəlxalq təcrübəyə əsasən müvafiq addımlar atacaq.

Xəbər lenti

Xəbər lenti