...

Millət vəkili İsmayıllıda seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 23 Yanvar 2012 11:53 (UTC +04:00)
Millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda seçiciləri ilə görüşüb.
Millət vəkili İsmayıllıda seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda seçiciləri ilə görüşüb.

Deputatın Seçki Qərargahından Trend-ə verilən məlumata görə, yanvarın 19-da İsmayıllı rayonuna səfər edən Novruz Aslanov seçicilərini qəbul edib.

Bu, deputatın yanvar ayında seçiciləri ilə keçirdiyi ikinci görüşüdür.

Qəbula gələn sakinlərin qaldırdığı məsələlər əsasən torpaq islahatları, fərdi məişət problemləri və sosial sahəni əhatə edən məsələlərlə bağlı olub. Bəzi məsələlər barədə deputat müvafiq qurumlara müraciət edəcəyini bildirib.

Qəbula gələn sakinlər də öz növbəsində onları hər həftə qəbul edərək göstərdiyi diqqətə görə millət vəkilinə təşəkkür ediblər.

Xəbər lenti

Xəbər lenti