...

Məktəblilər arasında "Sumqayıt kuboku" uğrunda futbol turnirinə start verilib

Cəmiyyət Materials 24 Yanvar 2012 15:21 (UTC +04:00)
"İdman ili" çərçivəsində məktəblilər arasında "Sumqayıt kuboku" uğrunda futbol turnirinə start verilib.
Məktəblilər arasında "Sumqayıt kuboku" uğrunda futbol turnirinə start verilib

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

"İdman ili" çərçivəsində məktəblilər arasında "Sumqayıt kuboku" uğrunda futbol turnirinə start verilib.

Trend-in məlumatına görə, ölkədə bədən tərbiyəsi və idmanın inkişafının artırılması, gənclərin idmanın müxtəlif növlərinə daha çox cəlb edilməsi, əhalinin sağlam həyat tərzinin təmin olunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı müvafiq sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin, şəhər Təhsil şöbəsinin və ötən ilin futbol mövsümündən başlayaraq ölkə çempionatının güclülər dəstəsində gənclik şəhərini təmsil edən "Sumqayıt" futbol klubunun birgə təşəbbüsü və təşkilatçılığı ilə "Sumqayıt kuboku" uğrunda ümumşəhər futbol turnirinə start verilib.

Üç yaş qrupu üzrə keçirilən turnirdə Sumqayıtın 30-dan artıq ümumtəhsil məktəbinin, həmçinin "Sumqayıt" Peşəkar Futbol Klubunun yeniyetmələrdən ibarət komandaları iştirak edirlər.

Olimpiya sistemi üzrə təşkil olunmuş yarışlar M.Hüseynzadə adına şəhər stadionu və Sumqayıt Dövlət Universitetinin süni örtüklü futbol meydançalarında hər həftənin şənbə və bazar günləri keçirilir.

Xəbər lenti

Xəbər lenti