...

Nyu Yorkda nəşr edilən dərgidə Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində görülən işlərə geniş yer ayrılıb

Cəmiyyət Materials 26 Yanvar 2012 11:41 (UTC +04:00)
Nyu Yorkda nəşr edilən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) "Avropa və Mərkəzi Asiya ölkələrinin uğurlu layihə nümunələri" adlı xüsusi dərgisində Azərbaycanda son illərdə əhalinin sosial müdafiəsi sahəsində görülən işlərə geniş yer ayrılıb.
Nyu Yorkda nəşr edilən dərgidə Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində görülən işlərə geniş yer ayrılıb

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir M.Əliyev/

Nyu Yorkda nəşr edilən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) "Avropa və Mərkəzi Asiya ölkələrinin uğurlu layihə nümunələri" adlı xüsusi dərgisində Azərbaycanda son illərdə əhalinin sosial müdafiəsi sahəsində görülən işlərə geniş yer ayrılıb. Bu barədə cümə axşamı Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev məlumat verib.

Babayevin sözlərinə görə, "Azərbaycan: 21-ci əsrin pensiya sistemi" başlıqlı məqalədə ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən islahatlar ətraflı şərh edilib və qazanılan müvəffəqiyyətlər qeyd olunub. Nəşrdə Azərbaycanın son illər iqtisadi baxımdan daha da gücləndiyi bildirilib, hökumətin əhalinin aztəminatlı təbəqəsinin dövlətin etibarlı sosial müdafiəsi ilə təmin edilməsi istiqamətində mühüm islahatlar həyata keçirdiyi göstərilib.

"Bu islahatlar nəticəsində indi Azərbaycanda işçilər ən müasir pensiya sistemlərindən birinə malikdirlər", - məqalədə qeyd olunub.

Məqalədə Azərbaycanda qurulan müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya sisteminin pensiyaların əhəmiyyətli dərəcədə artımına gətirib çıxarmasından, ölkəmizin pensiyaların məbləğinə görə MDB ölkələri arasında öncül yerdə qərarlaşmasından bəhs olunub.

Məqalənin sonunda vurğulanıb ki, bu gün Azərbaycan hökuməti ölkənin iqtisadiyyatını möhkəm inkişaf yoluna qoymaqla yanaşı, yoxsulluğun səviyyəsini azaltmaq istiqamətində önəmli işlər görüb, aztəminatlı əhalinin davamlı qayğı ilə əhatə olunmasını təmin edib.

Xəbər lenti

Xəbər lenti