...

Azərbaycanda hərbi sahədə cinayətlərin 99,1 faizi açılıb

Cəmiyyət Materials 26 Yanvar 2012 16:56 (UTC +04:00)
Azərbaycanda Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə ötən il qeydə alınmış cinayətlərin 99,1 faizi açılıb.
Azərbaycanda hərbi sahədə cinayətlərin 99,1 faizi açılıb

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə ötən il qeydə alınmış cinayətlərin 99,1 faizi açılıb.

Trend-in məlumatına görə, bu barədə Respublika Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə keçirilən kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev deyib.

Hərbi prokuror bildirib ki, 2010-cu ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 6,7 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 7,1 faiz, o cümlədən tabelik qaydaları əleyhinə olan cinayətlər 11,8 faiz, tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 4,5 faiz, fərarilik cinayətləri 25,9 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 31,6 faiz, qeyri-hərbi cinayətlər 5 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 16,2 faiz, xuliqanlıq cinayətləri 66,7 faiz, silahlı birləşmələrdə ölüm halları 11,3 faiz, o cümlədən özünü öldürmə həddinə çatdırma cinayətləri 76,9 faiz azalıb.

Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib.

Vəliyev bildirib ki, hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusi ilə ağır cinayətlərin açılması təmin olunub.

Hərbi prokuror ötən il bir neçə növ üzrə cinayətlərin sayının artdığını deyib.

Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə bu növ cinayətlərin qarşısının alınması üçün Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə həmin növ cinayətlər üzrə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilib.

Bu cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib.

Ötən il axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 71 nəfər tapılıb istintaqa cəlb edilib.

Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 129 yoxlama keçirilib, nəticədə 1936 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 281 təqdimat göndərilib, 131 nəfərə xəbərdarlıq edilib, 63 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 123 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 26 qanunsuz qərarı ləğv edilib.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 50 apelyasiya protestinin 49 faizi təmin olunub.

Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 132 məhkəmə prosesi səyyar qaydada keçirilib.

Xəbər lenti

Xəbər lenti