...

Azərbaycanın turizm potensialı Los-Ancelesdə təbliğ olunur

Cəmiyyət Materials 27 Yanvar 2012 10:00 (UTC +04:00)
Azərbaycanın turizm potensialı Los-Ancelesdə təbliğ olunur
Azərbaycanın turizm potensialı Los-Ancelesdə təbliğ olunur

Azərbaycan, Bakı, 27 yanvar / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və yerli turizm şirkətlərinin nümayəndələrinin daxil olduğu heyət ABŞ-ın Los-Anceles şəhərində bu gündən keçirilməyə başlanılan "Los Angeles Times Travel Show 2012" beynəlxalq turizm sərgisində iştirak edir. Trend-in cümə günü Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərgi yanvarın 29-da yekunlaşacaq.

Azərbaycan "Los Angeles Times Travel Show 2012" sərgisində ilk dəfə iştirak edir. Sərgidə müxtəlif ölkələrdən 250-ə yaxın şirkət təmsil olunur.

Qeyd olunan beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 24 kv.m sahə icarəyə götürülüb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində 30 adda müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub.

Xəbər lenti

Xəbər lenti