...

Bu gün Heybət-Biləcəri mənzilində 11 km yolun əsaslı təmiri başa çatır

Cəmiyyət Materials 31 Yanvar 2012 09:38 (UTC +04:00)
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmiri davam edir.
Bu gün Heybət-Biləcəri mənzilində 11 km yolun əsaslı təmiri başa çatır

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmiri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədovun çərşənbə axşamı Trend-ə bildirdiyinə görə, yanvarın 7-də Heybət-Biləcəri mənzilinin 528-518-ci kilometrində 11 km yolun əsaslı təmirinə start verilmişdi. Təmir işləri, günaşırı olmaqla həyata keçirilib və bu gün başa çatır.

Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi" çərçivəsində Çexiyanın "İxrac" bankının ayırdığı 215 milyon avro məbləğində kredit hesabına həyata keçirilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib.

Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub.

Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

Qeyd edək ki, İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Bu günə kimi 50 km yol əsaslı təmir olunub və 2012-ci il ərzində Bakı-Böyük Kəsik sahəsində 111 km yolun əsaslı təmir olunması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti