Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Fevralın 1-dən Bakının orta məktəblərində "Azərbaycan dili və ədəbiyyatı" aylığı keçiriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.
Onun sözlərinə görə, yanvar ayında ilk dəfə olaraq, məktələrdə "Riyaziyyat" aylığı keçirilib.
Əliqızı bildirib ki, fənn aylığının keçirilməsinin məqsədi fənnin tədrisinin keyfiyyətini yüksəltmək, ən yaxşı müəllimləri aşkarlamaq, qabaqcıl müəllimlərin təcrübələrini öyrənmək və yaymaqdır.
Aylğın keçirildiyi müddətdə məktəblərarası qarşılıqlı dərs dinləmələri, təcrübə mübadiləsi işində ümumtəhsil məktəblərinə lazımi kömək göstərilib, seminarlar, açıq dərslər təşkil olunub.
Bu gün keçirilən "Riyaziyyat elmlərin şahıdır" adlı konfransda aylığa yekun vurulmaqla yanaşı, məktəb rəhbərləri 7 nominasiya üzrə mükafatlandırılıb.
Gələcək aylarda fənn aylıqlarının mütəmadi keçirilməsi nəzərdə tutulur.
Bakının orta məktəblərində "Azərbaycan dili və ədəbiyyatı" aylığı keçiriləcək
Fevralın 1-dən Bakının orta məktəblərində "Azərbaycan dili və ədəbiyyatı" aylığı keçiriləcək.